Ukrayna yeni dronları dayandırmaqda çətinlik çəkir
Ukrayna yeni Rusiya dronlarına qarşı mübarizə aparmaq üçün minlərlə ələkeçirici pilotsuz uçuş aparatına ehtiyac duyur.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin mənbələrindən biri bildirib ki, Ukrayna reaktiv mühərrikli Geran PUA-larından müdafiədə çətinlik çəkir. Buna səbəb həmin dronların yüksək sürətlə hərəkət etməsi və buna görə onları havada ələ keçirməyin daha çətin olmasıdır.
Məlumata görə, yeni nəsil Rusiya dronlarının sürəti Ukraynanın mövcud müdafiə imkanları üçün əlavə problem yaradır.
23:18 31.08.2026
Oxunuş sayı: 59