Peskov: Rusiya və Ermənistan tərəfdaşlığı iki xalqın maraqlarına uyğundur
Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ermənistan arasında tərəfdaşlığın hər iki ölkənin xalqlarının maraqlarına cavab verdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın strateji tərəfdaş olmadığını söyləməsinə münasibət bildirərkən qeyd edib ki, Moskva əvvəlki mövqeyini qoruyur.
“Biz hələ də hesab edirik ki, iki ölkəmiz üçün tərəfdaşlıq hər iki xalqın faydasına və maraqlarına uyğundur”, – Peskov deyib.
Kremlin sözçüsü əlavə edib ki, Paşinyan fərqli mövqedədirsə və bunu Ermənistan vətəndaşlarına izah edə bilsə, referendum keçiriləcəyi təqdirdə ermənilər öz münasibətlərini ifadə edə bilərlər.
23:05 31.08.2026
Oxunuş sayı: 48