Rusiyada bir gündə 180 PUA vurulub
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Rusiyanın müxtəlif regionları üzərində 180 Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Nazirlik bildirib ki, PUA-lar Rusiya ərazisinə doğru uçarkən hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
22:05 31.08.2026
Oxunuş sayı: 47