Zelenski: Putin müharibəni bitirmək istəmir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin müharibəni başa çatdırmaq niyyətində olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski videomüraciətində qeyd edib ki, o, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.
Ukrayna liderinin sözlərinə görə, əsas məqsəd Moskvanın müharibəni davam etdirmək deyil, onu başa çatdırmaq istiqamətində mövqe tutmasına nail olmaqdır.
“Hazırda təəssüf ki, həm bizim, həm də tərəfdaşlarımızın kəşfiyyat məlumatları və Rusiyadan gələn bütün siqnallar göstərir ki, şəxsən Rusiya lideri hələ də müharibə istəyir”, – Zelenski bildirib.
Ukrayna prezidenti əlavə edib ki, Rusiyada cəmiyyətin böyük əksəriyyəti artıq təmas xətti üzrə müharibənin dayandırılmasına razı ola bilər.
Zelenski ABŞ prezidentinin nümayəndələrinin danışıqlarda hansı nəticəyə nail ola biləcəyini izləyəcəklərini deyib. O, sentyabr ayının vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə biləcəyini və tərəfdaşlarla birlikdə insanların və həyatların qorunması, eləcə də sülhün təmin olunması üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.
21:46 31.08.2026
Oxunuş sayı: 53