Kiyevdə dronların yığıldığı anbar vurulub
Rusiya Silahlı Qüvvələri bu axşam Kiyevdə pilotsuz uçuş aparatlarının (PUA) yığıldığı bildirilən Vest Gate Logistik müəssisəsinin anbarlarına zərbə endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərbənin hədəfi Kiyevdə yerləşən müəssisənin PUA-ların yığılması üçün istifadə edilən anbar sahələri olub.
21:22 31.08.2026
Oxunuş sayı: 50