Qərb Rusiyada sabitliyi pozmağa çalışır
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Qərbin Rusiyada keçiriləcək seçkilər ərəfəsində ölkədə vəziyyəti sabitliyini pozmağa yönəlmiş genişmiqyaslı strategiya həyata keçirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiya tərəfi Avropa İttifaqının seçki prosesi ərəfəsində Rusiyada siyasi və ictimai vəziyyətə təsir göstərməyə çalışdığını bildirir. Lakin bu iddianın konkret hansı tədbirlərə və ya faktlara əsaslandığı açıqlanmayıb.
Rusiyada Dövlət Dumasına seçkilərin 2026-cı ilin 18–20 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, son dövrdə Avropa ölkələri də Rusiyanın Avropadakı seçkilərə müdaxilə və dezinformasiya fəaliyyətləri ilə bağlı narahatlıqlarını açıqlayıb.
14:02 31.08.2026
Oxunuş sayı: 63