Kiyev vilayətində partlayışdan sonra güclü yanğın baş verib
Ukraynanın Kiyev vilayətinin Brovarı rayonundakı Poqrebi kəndində partlayışdan sonra güclü yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə yerində güclü yanğın müşahidə olunur. Hadisənin səbəbi və digər təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətində “Flaminqo” qanadlı raketləri və FP-1/FP-2 pilotsuz uçuş aparatları üçün komponentlərin saxlandığı anbarlara zərbələr endirildiyini açıqlamışdı.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Çayki, Mıla və Kalinovkadakı logistika mərkəzləri və anbarlara endirilib. Bu məlumatın müstəqil təsdiqi yoxdur.
23:46 30.08.2026
Oxunuş sayı: 54