Deputat Ukraynaya qarşı nüvə silahı istifadə etməyə çağırıb
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün taktiki nüvə silahından istifadə edilməsinin vacib olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Juravlyovun sözlərinə görə, Rusiya Ukraynanın təslim olmasına nail olmaq məqsədilə taktiki nüvə silahından istifadə etməlidir.
Onun bu açıqlaması nüvə silahından istifadə ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
16:30 30.08.2026
Oxunuş sayı: 70