Moskva səfərindən sonra mühüm təklif: Üç lider bir masada
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Rusiya səfəri zamanı Donald Tramp, Volodimir Zelenski və Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Axios bu barədə məlumat yayıb.
Məlumata görə, Retkliff avqustun 25-də Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla görüşüb.
ABŞ rəsmiləri daha sonra Zelenskiyə Moskvadakı danışıqlar və üçtərəfli sammit təklifi barədə məlumat veriblər. Retkliffin Bortnikovla görüşündə sülh danışıqlarının bərpası imkanlarını da müzakirə etdiyi bildirilir.
09:17 30.08.2026
Oxunuş sayı: 53