Nüvə gərginliyi artır: Rusiya qarşı addıma hazırlaşır
Rusiya Finlandiyanın ərazisinə nüvə silahlarının gətirilməsi və yerləşdirilməsinə qoyulan qadağanın ləğvinə cavab verəcək.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Artyom Studennikov bildirib ki, yeni təhlükəsizlik şəraiti Rusiyanın hərbi planlaşdırılmasında nəzərə alınacaq və görüləcək tədbirlər mövcud təhdidlərə uyğun olacaq.
Onun sözlərinə görə, Finlandiyanın bu qərarı, xüsusilə NATO-nun Rusiyaya qarşı mümkün təcavüzkar addımları fonunda ölkənin milli təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artırır.
09:09 30.08.2026
Oxunuş sayı: 62