Slovakiya rəsmisi sülhün Rusiya olmadan mümkün olmayacağını bildirib
Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, Rusiya olmadan Avropada təhlükəsizlik və sülhün təmin edilməsi mümkün deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fiko, həmçinin FAZ müxbirinin rusların öldürülməsi ilə bağlı ifadəsini şərh edib. O, bu cür fikirlərin hələ də bəzi insanların düşüncəsində qala biləcəyindən narahat olduğunu bildirib.
“Qorxuram ki, bunu hələ də beynində daşıyan insanlar var. Qorxuram ki, bu, əsasən son onillik ərzində yaradılan militarist atmosferin, nifrət, rusofobiya və hər şeydən əvvəl Rusiyaya qarşı düşmənçilik mühitinin nəticəsidir”, – deyə Fiko bildirib.
21:45 29.08.2026
Oxunuş sayı: 61