Rusiya Moldovanı ittiham etdi
Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Qərbin Moldovanı Rusiya ilə qarşıdurmaya hazırladığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Oleq Ozerov bu barədə açıqlama verib.
Səfirin sözlərinə görə, Qərb Moldovanın hərbi infrastrukturunu gücləndirir, NATO təlimatçılarını ölkəyə göndərir və Moldova ərazisindən pilotsuz uçuş aparatları üçün komponentlərin istehsalı və operatorların hazırlanması məqsədilə istifadə edir.
Ozerovun sözlərinə görə, bu proses Ukraynada baş verənlərə bənzər ssenarinin formalaşdırılmasına xidmət edir.
16:48 29.08.2026
Oxunuş sayı: 52