Türkiyə taxıl dəhlizini bərpa etmək üçün danışıqları gücləndirib
Türkiyə Qara dənizdə taxıl dəhlizinin fəaliyyətinin bərpası ilə bağlı Rusiya və Ukrayna ilə danışıqları intensivləşdirib.
Crossmedia.az xəbər verir ki, “Ekonomim” Türkiyənin Xarici İşlər və Nəqliyyat nazirliklərindəki mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, taxıl sazişinin yenidən işə salınmasına Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının tədarükündə yaranan çətinliklər səbəb olub.
12:01 29.08.2026
Oxunuş sayı: 48