Donetskdə Rusiya ordusunun qərargahına zərbə endirildi - General öldü
Ukrayna mənbələri Donetskdə Rusiya Silahlı Qüvvələrinin 51-ci ordusunun qərargahının raket zərbəsi nəticəsində məhv edildiyini və ordu komandanı general-leytenant Sergey Milçakovun öldüyünü iddia edir.
Crossmedia.az xəbər verir ki, Ukrayna mənbələri bu barədə məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində qərargahın yerləşdiyi obyekt vurulub və 51-ci ordunun komandanı Sergey Milçakovun öldüyü bildirilir. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Sergey Milçakov 2024-cü ildə Rusiya Qəhrəmanı adına layiq görülüb. General daha əvvəl Dobropolye istiqamətindəki uğursuzluqlardan sonra vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan iddialarla da gündəmə gəlmişdi.
Məlumat təsdiqlənərsə, hadisənin Rusiya ordusunun komanda heyəti üçün ciddi itkilərdən biri olacağı qeyd edilir.
12:58 28.08.2026
Oxunuş sayı: 64