UEFA Konfrans Liqası: Mahir Emreli Rakuvda növbəti qolunu vurub
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub.
Crossmedia.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda da fərqlənməyi bacarıb.
M.Emreli 88-ci dəqiqədə adını tabloya yazdırıb. O, komandasının bərabərlik qolun imza atıb - 2:2.
Xatırladaq ki, tərəflər arasındakı ilk qarşılaşma da 2:2 hesabı ilə bitib. Mahir Emreli həmin görüşdə də fərqlənmişdi.
23:00 27.08.2026
Oxunuş sayı: 47