Yelena Şabovta Bakıda yeniyetmə və gənc voleybolçularla görüşüb
Azərbaycanın veteran voleybolçusu Yelena Şabovta Bakıda yeniyetmə və gənc voleybolçularla görüşüb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Milli Gimnastika Arenasında baş tutan görüşdə Y.Şabovta gənclərə peşəkar voleybolçu olmağın yollarından danışıb, tövsiyələrini verib.
O, həmçinin milli komanda və klublarda çıxışla bağlı təcrübəsini gənc voleybolçularla bölüşüb.
15:12 27.08.2026
Oxunuş sayı: 49