Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi həyata keçirib
Rusiya və Ukrayna arasında 10-a 10 formulu üzrə vətəndaş mübadiləsi Belarusun Qomel vilayətində baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Belarusun “Pervıy İnformasionnıy” telekanalı məlumat yayıb.
Məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə əvvəllər əsirlikdə olan 10 Ukrayna vətəndaşı və 10 Rusiya hərbçisinin vətənə qaytarılması mexanizmi işə salınıb.
Qeyd olunub ki, humanitar missiya beynəlxalq humanitar hüququn normalarına ciddi şəkildə riayət olunmaqla həyata keçirilib.
18:57 24.08.2026
Oxunuş sayı: 50