Peskov: Britaniya atəşə daha da yağ tökür
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın Ukraynaya “Storm Shadow” raketlərinin çertyojlarını təqdim etmək qərarını tənqid edib.
Crossmedia.az xəbər verir ki, Dmitri Peskov bu barədə açıqlama verib.
Peskovun sözlərinə görə, Londonun bu addımı Ukraynadakı münaqişənin daha da uzanmasına xidmət edir.
“Britaniya metodik və ardıcıl şəkildə atəşə yağ tökür, daim sülh prosesində hər hansı irəliləyişə imkan verməməyə yönəlmiş addımlar atır. Məhz bununla Böyük Britaniya məşğuldur”, – deyə Peskov bildirib.
O, Böyük Britaniyanın Ukraynaya raket sistemləri ilə bağlı texniki məlumatlar təqdim etməsini Moskvanın narazılıqla qarşıladığını vurğulayıb.
17:43 24.08.2026
Oxunuş sayı: 44