Ermənistanda cinayətlər azalıb, qəzalar isə artıb
Ermənistanda 2026-cı ilin ilk yarısında yol-nəqliyyat hadisələrinin sayı artsa da, qəzalarda ölənlərin sayı azalıb.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” polis rəisi Kamo Tsutsulyanın açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Belə ki, yanvar-iyun aylarında ölkədə 2 146 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2025-ci ilin eyni dövründəki 2 072 hadisə ilə müqayisədə daha çoxdur. Bununla yanaşı, qəza nəticəsində ölənlərin sayı 3,4% azalıb.
Hesabat dövründə Ermənistanda qeydə alınan cinayətlərin sayı da 0,3% azalıb. İlk 6 ayda 21 960 cinayət qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 22 025 olub.
Kamo Tsutsulyanın sözlərinə görə, ağır və xüsusilə ağır cinayətlərin sayı da 1,9% azalıb.
Qeydə alınan cinayətlərin 88,2%-ni yüngül və orta ağırlıqlı, 11,8%-ni isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Eyni zamanda, cinayətə cəhdlərin sayında artım qeydə alınıb.
13:13 18.08.2026
Oxunuş sayı: 47