12:12 18.08.2026
Tariximizin kimlərinsə əlində manipulyasiya alətinə çevrilməsinə imkan verməməliyik - RƏY
58
Mübahisə mədəniyyətinin səviyyəsi xalqın sosial-psixoloji və siyasi durumunun önəmli keyfiyyət meyarlarından biridir. Bu “nöqtədə” müxtəlif məzmunlu amillər kəsişir: milli mentalitet, konkret fərdin şəxsi keyfiyyətləri, formalaşmış siyasi ənənələrin “çalarları”, milli mədəniyyətin “kodları”, siyasi aktivliyin dərəcəsi, vətəndaş cəmiyyəti institutlarının vəziyyəti, milli təhsilin səviyyəsi, habelə cərəyan edən qlobal siyasi proseslərin, həmçinin dünyada yaşanan tarixi mərhələnin xüsusiyyətləri və daha nələr-nələr. Sadalananlar mübahisə mədəniyyətinin məzmununa təsir edə biləcək əsas amillərin sadəcə kiçik bir hissəsidir.