CROSSMEDIA - Analitik İnformasiya Portalı

Amerika

18:30 17.11.2026

Rusiya nəyə hazırlaşır? - Çində keçiriləcək sammitdən sonra hər şey dəyişə bilər

120

Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Moskva ilə Qərb arasında münasibətlərin kəskinləşməsi və beynəlxalq siyasi münasibətlərdə yeni güc balansının formalaşması Rusiyanın qlobal mövqeyini yenidən gündəmə gətirib. Xüsusilə müharibənin beşinci ilinə yaxınlaşdığı bir vaxtda Rusiyanın hərbi, iqtisadi və siyasi imkanları, eləcə də beynəlxalq proseslərə təsir gücü ətrafında müzakirələr intensivləşib. Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın artıq qlobal supergüc olmadığını bildirməsi və ABŞ, Çin və Rusiya liderlərinin Çində planlaşdırılan üçtərəfli görüşünü tənqid etməsi bu müzakirələrə yeni məzmun qazandırıb. Sikorskinin fikrincə, Avropanın təhlükəsizliyinə birbaşa təsir edən məsələlərin müzakirəsində Avropa İttifaqı da təmsil olunmalıdır. Digər tərəfdən, Ukrayna müharibəsinin gedişi, Rusiyanın beynəlxalq təcrid şəraitində üzləşdiyi çətinliklər və postsovet məkanında təsir imkanlarının dəyişməsi Moskvanın əvvəlki siyasi çəkisini nə dərəcədə qoruduğu sualını aktuallaşdırır. Bəs Rusiya həqiqətənmi bütün gücünü itirərək supergüc statusundan uzaqlaşıb? Nüvə arsenalı, hərbi potensialı və beynəlxalq siyasi təsir mexanizmləri Moskvanın qlobal güc mərkəzi olaraq qalmasına kifayət edirmi? Yoxsa dünya siyasətində Rusiyanın yerini və rolunu yenidən müəyyənləşdirən yeni geosiyasi reallıq formalaşır?

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər