İran pilotları ilə bağlı qalmaqal: Qətərdən təkzib
Qətər İranın üç pilotunun saxlanılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsi sözügedən iddiaları “yanıltıcı” adlandırıb.
Bu açıqlama İranın pilotların azad edilməsinə çağırışından sonra səsləndirilib. Qətər rəsmisi məsələnin davam edən diplomatik səylər fonunda gündəmə gəldiyini bildirib.
İran Silahlı Qüvvələri isə pilotların İranla ABŞ və İsrail arasında müharibənin ilk günlərində Su-24 qırıcılarının qəzaya uğramasından sonra əsir götürüldüyünü və altı ay ərzində əsirlikdə saxlanıldığını açıqlamışdı.
10:29 16.08.2026
Oxunuş sayı: 55