Hörmüz boğazında gərginlikdən sonra mühüm razılaşma
İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün marşrut xəritəsini razılaşdırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqaiyə məlumat yayıb.
Məlumata görə, Tehran və Maskat gəmilərin Hörmüz boğazından keçidi üzrə marşrutla bağlı razılığa gəlib. Bununla belə, bəzi məsələlər üzrə müzakirələr hələ də davam edir.
İran və Oman arasında bağlanması planlaşdırılan razılaşmanın Hörmüz boğazından gəmiçilik hərəkətinin bərpasına imkan verəcəyi bildirilir.
Mənbələrin məlumatına görə, plan iki ölkə arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur. Buna əsasən, boğazdan keçən və Fars körfəzinə daxil olan bütün gəmilər İranın ərazi sularından keçən şimal marşrutundan istifadə edəcək.
Hörmüz boğazından çıxaraq Ərəb dənizinə istiqamətlənən gəmilər isə İranla koordinasiya şəraitində Oman ərazi sularından keçən cənub marşrutu ilə hərəkət edəcək.
09:11 16.08.2026
Oxunuş sayı: 42