KİV: Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketi sonuncu ola bilər
Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiya paketi hazırkı formatda sonuncu ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, Aİ ayrı-ayrı məhdudiyyətləri və ya tematik bloklar üzrə sanksiyaları tətbiq etmək imkanını nəzərdən keçirir.
Buna səbəb kimi bəzi ölkələrin veto hüququndan istifadə edərək digər üzvlərin dəstəklədiyi tədbirlərin qəbulunu gecikdirməsi göstərilir.
"İndi tamamilə aydındır ki, bu yanaşma artıq işləmir", – deyə avropalı diplomat bildirib.
14:49 27.07.2026
Oxunuş sayı: 70