Rusiyadan deportasiya edilən miqrantların sayı artıb
Rusiyada 2026-cı ilin ilk yarısında 43,7 min miqrant və vətəndaşlığı olmayan şəxs ölkədən çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, deportasiya edilən şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,5 faiz artıb.
Məlumata görə, miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı məhkəmə qərarlarının icrası çərçivəsində ölkədən çıxarılma tədbirləri həyata keçirilib.
14:16 27.07.2026
Oxunuş sayı: 51