Aİ Rusiyanın samur xəzinə sanksiya tətbiq etməyib
Avropa İttifaqı İtaliya və Yunanıstanın müraciətindən sonra Rusiyadan gətirilən samur xəzinə qarşı sanksiya tətbiq etməmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, "Euractiv" mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, İtaliya və Yunanıstan Rusiya samur xəzinə əsas alıcıları hesab olunur. Aİ-nin bu məhsul bazarında Rusiyanın üstün mövqeyinə görə avropalı istehsalçıların alternativ təchizatçı tapmaq imkanlarının məhdud olduğu bildirilir.
Qeyd olunur ki, Rusiya samur xəzi tarixən Avropanın moda evləri tərəfindən yüksək qiymətləndirilib və lüks geyim sənayesində geniş istifadə olunub.
12:27 27.07.2026
Oxunuş sayı: 60