Rusiyadan Moldovaya xəbərdarlıq: Adekvat cavab veriləcək
Rusiya Moldova hakimiyyətinin atacağı istənilən qeyri-dost addıma adekvat cavab veriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "İzvestiya" bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Rusiya XİN-də bildirilib ki, Kişinyovun Qərb tərəfdaşlarının təşəbbüsü ilə hansı addımları atmağı planlaşdırdığı hələlik məlum deyil.
Nazirlikdən qeyd olunub ki, nəzərdə tutulan tədbirlərin əsas məqsədi Rusiya ilə qarşılıqlı faydalı əlaqələri qırmaqdır.
"Bir məsələ aydındır ki, bütün bu addımlar ölkəmizlə qarşılıqlı faydalı əlaqələrin pozulmasına yönəlib. Həmçinin aydındır ki, onların hər biri adekvat, lakin mütləq simmetrik olmayan cavab alacaq", – deyə Rusiya XİN-in açıqlamasında bildirilib.
11:07 27.07.2026
Oxunuş sayı: 44