Tramp: İrana indi "gey diktator" rəhbərlik edir
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı sərt bəyanat səsləndirib və ölkədə hakimiyyətin dəyişdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, "Truth Social" platformasında yayımlanan paylaşımda Donald Tramp bu barədə yazıb.
Tramp bildirib ki, onun administrasiyası dövründə ABŞ-yə qarşı davamlı təhdid yaratdığını iddia etdiyi İran hakimiyyəti devrilib.
ABŞ Prezidenti paylaşımında, "Onların əvvəlki liderləri hakimiyyətdən uzaqlaşdırılıb və indi ölkəyə daxili parçalanmalarla üzləşən gey diktator rəhbərlik edir", – ifadəsini işlədib.
Qeyd edək ki, Donald Trampın bu açıqlaması onun şəxsi iddiasıdır. İran tərəfi bəyanatla bağlı hələlik rəsmi münasibət bildirməyib.
12:19 26.07.2026
Oxunuş sayı: 60