Kallas: İranın öz xalqına qarşı repressiyalarını unutmaq olmaz
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, dünyanın diqqəti Yaxın Şərqdəki müharibəyə yönəldiyi bir vaxtda İran hakimiyyətinin öz xalqına qarşı həyata keçirdiyi repressiyalar unudulmamalıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kallasın sözlərinə görə, Aİ insan hüquqlarının pozulmasında, siyasi müxaliflərin və dini azlıqların təqibində iştirak edən iranlı hakimlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Aİ rəsmisi qeyd edib ki, insan hüquqları məsələsi regiondakı digər hadisələr fonunda da diqqətdə saxlanılmalıdır.
22:36 24.07.2026
Oxunuş sayı: 63