Britaniyalıların cəmi 6 faizi müharibəyə getməyə hazırdır
Böyük Britaniyada keçirilən sorğunun nəticələrinə görə, ölkə sakinlərinin yalnız 6 faizi müharibə vəziyyətində könüllü olaraq hərbi xidmətə qoşulmağa hazır olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sorğuda iştirak edənlərin böyük əksəriyyəti isə belə bir vəziyyətdə könüllü xidmətə qatılmağa hazır olmadığını və ya bu məsələdə tərəddüd etdiyini ifadə edib.
Araşdırma Britaniya cəmiyyətində mümkün hərbi səfərbərlik və milli müdafiə ilə bağlı ictimai münasibəti əks etdirir.
23:25 23.07.2026
Oxunuş sayı: 31