İşləmirsənsə, orduya gedəcəksən – Lukaşenkodan məmurlara qarşı şok qərar
Belarus Prezidenti Aleksandr Lukaşenko iş öhdəliklərini yerinə yetirməyən məmurların Ukrayna ilə sərhədin mühafizəsinə cəlb olunmasını tapşırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lukaşenkonun sözlərinə görə, bu, onun göstərişidir və hökumətdə, vilayət və rayon icra strukturlarında çalışan, vəzifələrini düzgün yerinə yetirməyən şəxslərə şamil olunacaq.
“İstənilən məmur – hökumətdə, vilayət və rayon icra orqanlarında çalışanlar təsərrüfat işlərinə, traktora, kombayna göndəriləcək. Əgər bir işi bacarmırsansa, köməkçi olacaqsan, sursat daşıyacaqsan. İstənilən tabe olmama halında isə orduya göndəriləcək”, – deyə Lukaşenko bildirib.
O qeyd edib ki, belə şəxslər hərbi xidmətdə, o cümlədən meşə ərazilərində xidmət edə bilərlər. Lukaşenko əlavə edib ki, məhsul yığımı dövründə həm məmurlar, həm də işləmək istəməyən şəxslər bu işlərə cəlb oluna bilər.
19:15 21.07.2026
Oxunuş sayı: 55