Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Almaniya, Avropa İttifaqı ölkələri və Ukraynaya qarşı yönəldiyi iddia edilən kiberhücumlarla bağlı nazirliyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, Almaniyaya, Avropa İttifaqındakı tərəfdaşlara və Ukraynaya qarşı həyata keçirilən kiberhücumlar qəbuledilməzdir.
“Bu cür hücumlara qətiyyətlə cavab verəcəyik, o cümlədən əlavə sanksiyalar tətbiq edəcəyik. Bu gün həmçinin Rusiya səfirini nazirliyə çağıraraq mövqeyimizi bir daha ona çatdırdıq”, – deyə bəyanatda vurğulanıb.
18:58 13.07.2026
Oxunuş sayı: 58