Rusiya XİN Almaniyanın Moskvadakı səfirini çağırıb
Rusiya Xarici İşlər Nazirliyi(XİN) Almaniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Qraf Lambsdorffu nazirliyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Telegram kanalında məlumat yayımlanıb.
Məlumatda bildirilir ki, iyulun 13-də Almaniya səfiri Aleksandr Qraf Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.
Paylaşım səfirin Rusiya XİN-in binasına gəlişini əks etdirən görüntülərlə müşayiət olunub.
Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfirinin çağırılmasının səbəblərini açıqlamayıb.
17:06 13.07.2026
Oxunuş sayı: 50