Marin Le Pen 2027-ci il prezident seçkilərində namizəd olacaq
Fransanın ifrat sağçı siyasətçisi, "Milli Birlik" Partiyasının keçmiş lideri Marin Le Pen 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Le Pen bildirib ki, prezident seçkilərində iştirak etmək niyyətindədir və siyasi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl Fransa məhkəməsi Marin Le Penə qarşı çıxarılmış qərarı yenidən nəzərdən keçirərək onun 2027-ci il prezident seçkilərində iştirakına hüquqi maneənin olmadığını açıqlamışdı. Bununla yanaşı, siyasətçi üç il azadlıqdan məhrum edilib, cəzanın iki ili şərti hesab olunub.
09:30 08.07.2026
Oxunuş sayı: 37