Marin Le Penin 2027-ci il prezident seçkilərində iştirakına icazə verildi
Fransada məhkəmə "Milli Birlik" Partiyasının sabiq lideri Marin Le Penin 2027-ci il prezident seçkilərində iştirak etməsinə icazə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.
Məlumata görə, Le Pen eyni zamanda 3 il azadlıqdan məhrum edilib, bunun 2 ili şərti cəza hesab olunur.
"BFMTV"nin məlumatına əsasən, Marin Le Pen 2025-ci ildə 45 ay müddətinə seçkilərdə iştirak hüququndan məhrum edilmişdi. Həmin müddətin 30 ayı şərti olduğundan və o, 2025-ci il martın 31-dən etibarən 15 aylıq məhdudiyyət müddətini artıq çəkdiyinə görə, qanunvericiliyə əsasən 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürə bilər.
17:09 07.07.2026
Oxunuş sayı: 44