Hansı qəhrəmana hörmət ediləcəyinə Ukrayna özü qərar verəcək - Zelenski ünvansız mesaj ötürdü
Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlaması Polşada ciddi narazılıq yaradıb.
Crossmedia.az xəbər verir ki, “Neue Zürcher Zeitung” qəzetinin yazdığına görə, Zelenski çıxışında konkret ünvan göstərməsə də, Ukrayna hansı qəhrəmanlara hörmət ediləcəyinə özü qərar verəcək ifadəsi Polşa siyasi dairələrində özlərinə yönəlmiş mesaj kimi qəbul edilib.
Polşalı siyasətçilər bu bəyanatı provokativ addım kimi dəyərləndirərək, Ukrayna tərəfinin tonunun ikitərəfli münasibətlərdə gərginlik yarada biləcəyini bildiriblər.
Qəzet qeyd edir ki, rəsmi Varşava açıqlamanı narahatlıqla qarşılayıb və bu cür ritorikanın iki ölkə arasında həssas tarixi məsələlər fonunda əlavə gərginlik yarada biləcəyi vurğulanır.
22:05 03.07.2026
Oxunuş sayı: 64