Ukrayna Valeri Gerasimova qarşı ittiham irəli sürdü
Ukrayna hüquq-mühafizə orqanları Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova Kiyevə son raket zərbələri ilə əlaqədar qiyabi ittiham elan edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, Gerasimov Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi (müharibə qanun və adətlərinin pozulması) ilə şübhəli şəxs qismində tanınıb.
Ukrayna istintaqı hesab edir ki, Valeri Gerasimov ölkə ərazisinə raket və digər zərbələrin endirilməsi ilə bağlı göstərişlər verib.
17:16 03.07.2026
Oxunuş sayı: 48