Bolqarıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə veto qoya bilər
Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketi Bolqarıstanın milli maraqlarına zərər vuracağı təqdirdə ona veto qoyacaq.
Crossmedia.az Darik News-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Rumen Radev deyib.
Radev parlamentdə deputatların suallarını cavablandırarkən bildirib ki, söhbət 21-ci sanksiyalar paketindən gedirsə, o, sadəcə buna hazır deyil, zərurət yaranarsa, veto hüququndan istifadə edəcək.
Baş nazir vurğulayıb ki, bu mövqe Bolqarıstanın milli maraqlarının qorunmasına əsaslanır.
16:51 03.07.2026
Oxunuş sayı: 54