İranda Məhkəmə Sisteminin rəhbəri dəyişdirilə bilər
İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsəni Ejeinin beşillik səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifədə qalmayacağı bildirilir.
Crossmedia.az xəbər verir ki, İran International bu barədə məlumat yayıb.
Məlumata görə, İranın ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xameneyi Ejeinin səlahiyyət müddətini daha beş il uzatmamaq və onun yerinə yeni namizəd təyin etmək niyyətindədir.
Bildirilir ki, son 40 ildə formalaşmış praktikaya əsasən, İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbərləri adətən ardıcıl iki beşillik müddət bu vəzifədə fəaliyyət göstəriblər. Bu dəfə isə həmin ənənədən kənara çıxılacağı qeyd olunur.
Məlumatda Ejeinin vəzifədən uzaqlaşdırılmasının məhkəmə islahatlarından daha çox, Müctəba Xameneyinin əsas dövlət institutlarında özünə yaxın şəxsləri irəli çəkməyə yönəlmiş genişmiqyaslı kadr dəyişikliklərinin bir hissəsi olduğu vurğulanır.
12:18 01.07.2026
Oxunuş sayı: 51