Netanyahudan Ərdoğana sərt mesaj
İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana cavab olaraq bəyanat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, Ərdoğan guya İsraili “məhv etmək” və yenidən Qüds üzərində nəzarəti ələ keçirmək niyyətindən danışır.
“Düşünürəm ki, o, 400 illik Osmanlı hakimiyyətinin artıq başa çatdığını unudub. Bu gün güclü İsrail dövləti mövcuddur”, — deyə Netanyahu bildirib.
O, həmçinin Ərdoğana “sakitləşməyi” tövsiyə edib və İsrailin öz mövcudluğuna və təhlükəsizliyinə qarşı heç kəsin təhdidinə imkan verməyəcəyini vurğulayıb.
Netanyahu əlavə edib ki, İsrail artıq öz imkanlarını dəfələrlə nümayiş etdirib.
10:54 01.07.2026
Oxunuş sayı: 44