Kallasdan Ərdoğana açıq mesaj: Türkiyə NATO üçün əsas ölkədir
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kallas görüşdən sonra yayılan açıqlamada bildirib ki, Türkiyə təhlükəsizlik, miqrasiya və enerji sahələrində Aİ-nin əsas tərəfdaşlarından biridir və eyni zamanda Aİ-yə namizəd ölkə statusuna malikdir.
Onun sözlərinə görə, görüş zamanı Aİ–Türkiyə münasibətlərinin inkişafı, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr və Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələləri müzakirə olunub.
Kallas əlavə edib ki, Türkiyə NATO-nun şərq cinahının müdafiəsinə mühüm töhfə verir və bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
20:52 30.06.2026
Oxunuş sayı: 48