Hizbullah rəhbərindən Vaşinqton razılaşmasına sərt ittihamlar
Livanlı silahlı qruplaşma Hizbullahın rəhbəri Naim Qasim Vaşinqtonda əldə olunmuş razılaşmanı sərt şəkildə tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bu sazişi alçaldıcı, rüsvayçı və qeyri-qanuni adlandırıb.
Qasim bildirib ki, bunun əvəzinə Livanla bağlı İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşmasının müddəaları icra olunmalıdır. Onun sözlərinə görə, İsrail qoşunlarının Livandan çıxarılmasının müqavimət qüvvələrinin tərksilah edilməsi ilə şərtləndirilməsi bütün qırmızı xətləri keçmək deməkdir və ölkəni xarici təsir altında saxlayır.
Hizbullah rəhbəri həmçinin qeyd edib ki, Livanın cənubunda İsrail mövcudluğunun legitimləşdirilməsi uzunmüddətli işğala və hətta ərazilərin ilhaqına gətirib çıxara bilər.
22:13 27.06.2026
Oxunuş sayı: 48