Rusiyanın əsas gəlir mənbəyi çökür
Neft qiymətlərinin dünya bazarında aşağı düşməsi Rusiya büdcəsinə Ukraynanın neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələrdən daha ciddi ziyan vurur.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Deutsche Welle˝ (DW) nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Ukraynanın Rusiya NEZ-lərinə hücumları artıq yanacaq böhranına və benzin qıtlığına səbəb olsa da, hazırda Kremlin gəlirlərinə əsas zərbəni neftin ucuzlaşması vurur.
Bildirilir ki, Hörmüz boğazında nəqliyyatın bərpasından sonra dünya bazarında neft qiymətlərinin enməsi Rusiyanın neft-qaz gəlirlərinin sürətlə azalmasına gətirib çıxarır. Eyni zamanda, NEZ-lərə hücumlar səbəbindən ölkə daxilində emal edilə bilməyən neft Rusiya tərəfindən ixraca yönəldilir.
Ekspertlərin fikrincə, Ukraynanın müttəfiqləri sanksiyaların icrasına nəzarəti gücləndirsələr və Rusiyanın neft məhdudiyyətlərini aşmasına kömək edən kölgə donanmasına qarşı daha sərt tədbirlər görsələr, Moskvaya təzyiqi xeyli artırmaq mümkün olacaq.
Onların qənaətinə görə, məhz bu addımlar Rusiya iqtisadiyyatına daha ciddi zərbə vura bilər.
18:20 27.06.2026
Oxunuş sayı: 67