Rusiya NATO ölkələrinə qarşı təxribatlar hazırlayır
Rusiya qarşıdakı həftə və aylarda Baltikyanı ölkələrə və ya Polşaya qarşı hərbi və ya hibrid xarakterli təxribatlar həyata keçirə bilər.
Crossmedia.az bu barədə ˝The Guardian˝-ə istinadən xəbər verir ki, mümkün addımlar NATO ilə birbaşa müharibə həddinə çatmayan, lakin Alyansın birliyini və ABŞ-nin müttəfiqlərini müdafiə etməyə hazırlığını sınaqdan keçirməyə yönəlmiş fəaliyyətləri əhatə edə bilər.
Məlumata əsasən, Latviya kəşfiyyatı artıq belə hazırlıqların bəzi əlamətlərini qeydə alıb. Polşanın Baş naziri Donald Tusk şərq cinahında yerləşən ölkələrin müxtəlif növ eskalasiya ssenarilərinə hazırlaşdığını bildirib.
Qeyd olunur ki, regionda təhlükəsizliklə bağlı narahatlıqlar fonunda NATO üzvü olan ölkələr mümkün riskləri yaxından izləyir.
00:16 27.06.2026
Oxunuş sayı: 44