Moskva bazarına dron hücumu: Azərbaycanın iki vətəndaşı yaralanıb
Moskvanın “Sədovod” ticarət mərkəzində dron hücumu nəticəsində iki Azərbaycan vətəndaşı yaralanıb.
Crossmedia.az xəbər verir ki, dron qalıqlarının bazar ərazisinə düşməsi zamanı Şəki rayon sakinləri - İslam Süleymanov və Elnur Nəbiyev xəsarət alıblar.
Yaralılar dərhal Moskvanın 36 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən, onlardan biri artıq xəstəxanadan evə buraxılıb.(APA)
11:00 19.06.2026
Oxunuş sayı: 65