Belarusdan sərt açıqlama: Ukraynanın hücumu terror aktı adlandırıldı
Belarus Xarici İşlər Nazirliyi Ukraynanın uşaqları daşıyan avtobusa hücumunu terror aktı kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belarusun İstintaq Komitəsi (SK) hadisə ilə bağlı cinayət işi açıb. Xarici İşlər Nazirliyi isə Ukraynadan baş verən insidentə dair ətraflı və tam izahat tələb edib.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
21:31 17.06.2026
Oxunuş sayı: 49