Paşinyan Avropa Siyasi Birliyinin sammiti üçün Bakıya gələcəyini bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumətlə sual-cavab sessiyası zamanı Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gələcəyini açıqlayıb.
Crossmedia.az bu barədə Erməni KİV-nə istinadən xəbər verir.
Paşinyan bildirib: Mən əvvəllər də demişdim ki, əgər 2029-cu ildə Avropa Siyasi Birliyinin sammitinə dəvət olsam, Bakıya gedəcəyəm. İndi də eyni fikirdəyəm və Bakıya səfər edəcəyəm.”
Lakin görünür, Ermənistanın baş naziri tarixlə bağlı yanlışlıq edib. Belə ki, Avropa Siyasi Birliyinin növbəti sammitinin Azərbaycanda 2028-ci ildə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, sammitin Bakıda keçirilməsi qərarı daha əvvəl Avropa ölkələrinin liderləri tərəfindən dəstəklənib. Tədbirdə Avropa qitəsinin onlarla dövlət və hökumət başçısının iştirakı gözlənilir.
20:43 17.06.2026
Oxunuş sayı: 49