Tramp: İranla razılaşmanın alternativi qlobal böhrandır
Bu gün ABŞ prezidenti Donald Tramp G7 Zirvə görüşü çərçivəsində İranla əldə olunması gözlənilən razılaşmanın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu prosesin uğursuzluğa düçar olması ciddi qlobal iqtisadi nəticələrə səbəb ola bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, İranla razılığın əldə edilməsi dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır və bunun alternativi qlobal miqyasda böhran ola bilər.
O əlavə edib ki, belə bir nəticənin qarşısını almağa yönəlmiş səylərə qarşı çıxanlar axmaq insanlardır.
Tramp əsas dəniz ticarət marşrutlarından biri olan Hörmüz boğazına toxunaraq bildirib ki, razılaşma baş tutmasa, boğazın fəaliyyəti ilə bağlı problemlər davam edə bilər. Birincisi, boğaz heç vaxt açılmayacaq – deyə o vurğulayıb.
19:16 17.06.2026
Oxunuş sayı: 47