Tramp: Hörmüz boğazı yaxın günlərdə tam açılmalıdır
ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma çərçivəsində 300 milyard dollarlıq investisiya fondunun yaradılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, ABŞ bu fondun maliyyələşdirilməsində iştirak etməyəcək.
Tramp vurğulayıb ki, İranla əldə olunan razılaşma hələ qəti xarakter daşımır və yekun nəticə Vaşinqtonun maraqlarına uyğun olmalıdır. ABŞ lideri əlavə edib ki, əgər proses ölkəsinin gözləntilərini doğrultmasa, İrana qarşı yenidən hərbi zərbələrin endirilməsi istisna edilmir.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Hörmüz boğazı artıq qismən açılıb və yaxın bir-iki gün ərzində tam şəkildə gəmiçilik üçün fəaliyyətə başlamalıdır. Onun sözlərinə görə, bu baş verməzsə, vəziyyət fərqli istiqamətdə inkişaf edə bilər.
18:44 17.06.2026
Oxunuş sayı: 52