Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları "Dəmirli" Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də "Dəmirli" Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar.
Crossmedia.az xəbər verir ki, iclas iştirakçılarına həyata keçirilən layihələrin bölgənin sosial-iqtisadi inkişafına töhfəsi barədə məlumatlar təqdim olunub.
16:59 17.06.2026
Oxunuş sayı: 59